AZ

Türkiyədə ilk şəhərətrafı qatar istehsal edilib

Ankara, 5 mart, AZƏRTAC

TÜRASAŞ şirkətinin Sakaryadakı müəssisəsində istehsal edilən Türkiyə istehsalı olan ilk şəhərətrafı qatar (elektrik qatarı) ölkənin cənubundakı Qaziantep vilayətinə istismara göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü, martın 5-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O qeyd edib ki, ümumilikdə 32 vaqondan ibarət səkkiz qatarın istehsalı planlaşdırılır. Qatarların maksimal sürəti saatda 90 kilometrdir.

Nazir qeyd edib: “Şəhərətrafı ölkədaxili dəmir yolu qatarları 1000-ə qədər sərnişin daşımaq üçün nəzərdə tutulub və ən son texnologiya ilə təchiz olunub. Bu, Türkiyə dəmir yolu sənayesinin vaqon və lokomotiv idxalından asılılığını azaldacaq və ixracı yaxşılaşdıracaq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
5
3
azertag.az

4Mənbələr