AZ

Rusiya qoşunları Odessa yaxınlığındakı enerji obyektinə hücum edib

Martın 4-də Rusiya Silahlı Qüvvələri Odessa yaxınlığındakı enerji obyektinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji holdinqinin mətbuat xidməti Telegram -da məlumat yayıb.

Qeyd olunur ki, bu, son iki həftə ərzində regionun enerji sisteminə dördüncü zərbədir. Hansı konkret enerji obyektinə hücum edildiyi barədə məlumat verilmir. Enerji holdinqinin mətbuat xidmətindən onu da bildiriblər ki, energetiklər xilasedicilərdən icazə alan kimi bərpa işlərinə başlayacaqlar.

Bundan əvvəl Zaporojyedə enerji obyekti dağıdılıb . Zaporojye vilayət hərbi idarəsinin rəhbəri İvan Fedorovun sözlərinə görə, şəhərdə qazanxanalar, səhiyyə və sosial müdafiə müəssisələri, həmçinin 20 minə yaxın abonent işıqsız qalıb.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Sumı vilayətində enerji obyektinə hücum edib. Hansı obyektin zədələndiyi məlum deyil.

Seçilən
24
nocomment.az

1Mənbələr