“Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycanın su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən orqan kimi müəyyən edilib”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov brifinqdə deyib. O, deyib ki, bundan əlavə, Xidmət Azərbaycan Respublikasının (o cümlədən Naxçıvan Muxtar Respublikasının) ərazisində yerləşən su və su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda, su təchizatı sistemlərində monitorinqlər, dövlət su kadastrını, yerüstü və yeraltı suların dövlət uçotunu aparmaq, suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı Agentliyə təkliflər vermək; sulardan istifadə və onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş tələbləri pozan şəxslərə qarşı qanunla müəyyən edilmiş tədbirlər görmək; su və su təsərrüfatı obyektlərindən götürülən suların bölüşdürülməsini və sudan istifadəyə nəzarətin həyata keçirilməsini təmin etmək; tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasının məhdudlaşdırılmasını, dayandırılmasını və ya qadağan olunmasını təmin etmək; sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən və limanlardan su buraxılmasının qarşısının alınması üçün tədbirlər görülməsini təmin etmək; su obyektlərindən təyinatına görə istifadə edilməsi ilə bağlı monitorinq aparmaq və qanunvericiliyə uyğun tədbirlər görmək; sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərin qarşısının alınması ilə bağlı tədbirlər görmək; qanunla müəyyən edilmiş qaydada istifadəyə verilmiş su mühafizə zonalarının torpaqlarında fəaliyyətə nəzarəti həyata keçirmək; su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına nəzarətin həyata keçirilməsini, bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə dair aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə monitorinq aparılmasını təmin etmək; hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrinin təsdiqini və hidrotexniki qurğuların dövlət reyestrinin aparılmasını təmin etmək; meliorasiya və irriqasiya sistemlərinin kadastrını aparmaq; Agentlik tərəfindən verilmiş su ehtiyatlarından istifadəyə icazələrin şərtlərinə riayət olunmasına nəzarət etmək; hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə Agentliyə təkliflər vermək; qanunda nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama aparmaq; fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək; su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması üçün Agentliyə təkliflər vermək kimi vəzifləri ilə yanaşı yerüstü və yeraltı suların istifadəsi və mühafizəsi sahəsində həyata keçirilən bir sıra digər işlərdə iştirak etmək səlahiyyətinə malikdir”.