AZ

Bakıda həkimin maşını külə döndü - VİDEO

Bu səhər Bakıda həkimin maşını yanıb.

Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında qeydə alınıb. Yanğınla bağlı görüntüləri redaksiyamıza göndərən şahidlər bildiriblər ki, yanğına səbəb ötən axşam Od çərşənbəsi münasibətilə yolun ortasında qalanan tonqal olub.

Onların sözlərinə görə, tonqal tam sönmədiyi üçün səhərə közərtiləri qalıb. Belə ki, klinikanın həkimi avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra yanğın başlayıb. 

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

 

Seçilən
23
10
bakivaxti.az

10Mənbələr