Bu gün azərbaycanlı idmançı, UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) yarışlarında ölkəmizi təmsil edən Rafael Fiziyevin doğum günüdür.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz 33 yaşını qeyd edir.
Rafael Salman oğlu Fiziyev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Onun atası milliyətcə azərbaycanlı, anası isə rusdur. Kiçik yaşlarında ailəsi ilə birgə Qırğızıstana köçüb. Uşaqlıqda muay-tayla məşğul olan Rafael daha sonra döyüş sambosu, boks, cui-citsu, güləş növlərində də özünü sınayıb.
O, UFC-də peşəkar karyerasına 2015-ci ildə başlayıb. Yüngül çəkidə mübarizə aparan "Ataman" ləqəbli idmançıız indiyədək 15 dəfə oktaqona çıxıb, 12 dəfə qələbə qazanıb, 3 dəfə isə mğlubiyyətlə üzləşib.
Tale elə gətirib ki, R.Fiziyev 33-cü doğum gününü yaşadığı Tailandda ailəsi ilə birgə deyil, ABŞ-ın Las Veqas şəhərində keçirir. O, UFC313 turnirində mübarizə aparmaq üçün komandası ilə birgə Nevada ştatına gəlib. Həmyerlimiz martın 9-da yerli idmançı Castin Qeyci ilə döyüşəcək.
Əlsində, bu görüş qabaqcadan planlaşdırılırmırdı. Ancaq Castin Qeycinin rəqibi zədələndiyindən, təşkilatçılar gözlənilmədən fevralın 27-də Rafaelin UFC313-ə qatılmasına şans veriblər.
Öz çəki dərəcəsində kəmər qazanmağı hədəfləyən Fiziyev C.Qeycidən 2 il əvvəlki məğlubiyyətin əvəzini çıxıb, məqsədinə doğru addımlamağı arzulayır.
Döyüş Las Veqasdakı "T-Mobile Arena"da baş tutacaq. İdmançımızın yer aldığı əsas kartın görüşləri Bakı vaxtı ilə martın 9-da səhər saat 7-də start götürəcək.