AZ

Azərbaycanlı UEFA nümayəndəsi erməni hakim-inspektorla eyni oyuna təyinat alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanlı UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov erməni hakim-inspektorla eyni oyuna təyinat alıb.
Oxu.Az Sport23.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda yerli "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək ilk oyunda iş başında olacaq.
Maraqlıdır ki, qarşılaşmada hakim-inspektor funksiyasını əslən erməni olan Paskal Qəribyan yerinə yetirəcək. O, hazırda Fransanı təmsil edir.
Qeyd edək ki, qarşılaşma mart ayının 6-da keçiriləcək.
Seçilən
17
oxu.az

1Mənbələr