AZ

Xameneinin müşaviri Türkiyəyə “xəbərdarlıq” etdi - “Səssiz qalmayacağıq”

İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ankara və Tehran arasında artan diplomatik gərginlikdən sonra Türkiyəyə xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Azd İran” “Teleqram” kanalı məlumat yayıb.

“İran mübaliğələr qarşısında heç vaxt susmayacaq. Tehran heç bir ölkənin düşünülməmiş açıqlamalarla tarixi və dərin regional əlaqələri təhlükəyə atmasına icazə verməyəcək. Türkiyə rəsmilərindən də bəyanatlarında diplomatik nəzakətə riayət etmələrini və “əsassız iddiaları” təkrarlamaqdan çəkinmələrini gözləyirik”, - deyə o vurğulayıb.

Xameneinin müşaviri ikitərəfli münasibətlərə toxunaraq qeyd edib: 

“Türkiyədə bəziləri yanlış mövqeləri təkrarlamaqla və xarici təsir altında İranın bölgədəki mövqeyini zəiflədə biləcəklərini düşünürlərsə, yanılırlar”, - deyə Vilayəti əlavə edib.

Daşqın HəsənovMissiya.Az

 

Seçilən
63
2
missiya.az

3Mənbələr