AZ

Starmerlə Makron Zelenski ilə birlikdə Ağ Evə getmək istəyirlər - Almaniyanın gələcək kansleri yardım paketi hazırlayır

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer gələn həftə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə və  Ukraynadakı münaqişəninin nizamlanması planını birlikdə təqdim etməyə hazırdırlar. Bu barədə "Deyli Meyl" ("Daily Mail") nəşri məlumat verib.

Nəşr qeyd edib ki, London Ağ Evi Kiyevə hərbi yardımı bərpa etməyə razı salmağa çalışır.

Bununla yanaşı, Almaniyanın gələcək kansleri Fridrix Merts bu gün sələfi Olaf Şoltsa görüşəcəyini və onunla birlikdə Ukraynaya əlavə dəstək məsələsini müzakirə edəcəyini bəyan edib. "Le Monde" nəşrinin yazdığına görə, Almaniya Ukraynaya 3 milyard avrodan artıq dəyərdə hərbi yardım göstərməyə hazırlaşır.

Hürr Tərcüman

Seçilən
17
hurriyyet.az

1Mənbələr