BAKI, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə 6 beynəlxalq müqavilə Rəsmi Qəzetdə dərc olunub.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu müqavilələr arasında 1 iyul 2024-cü il tarixində Ankarada imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Konqo Respublikası Hökuməti arasında Diplomatik Nümayəndəliklər üçün Torpaqların Mübadiləsi haqqında Protokol" da yer alır.
Sözügedən protokol iki ölkə arasında diplomatik nümayəndəliklərin istifadəsinə veriləcək torpaqların mübadiləsini nəzərdə tutur.
Bu addım Türkiyə və Konqo arasında diplomatik əlaqələrin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.