Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin şimal girişində yerləşən və “Şamaxinka” kimi tanınan ərazidəki tunelin qəzalı vəziyyətdə olmasına dair görüntüyə münasibət bildirib.
İNFOAZ.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən tuneldə heç bir təhlükənin olmadığını bildirib.
“Üzlük daşlarının bir hissəsi qopub. Yerinə bərpa olunacaq”, – A.Nəcəfli deyib.