AZ

Polis Xızıda şagirdlərlə görüşüb, onların suallarını cavablandırdı (FOTO)

Bakı. Trend:

Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Rafiq İsmayılovadına Xızı şəhər tam orta məktəbində narkomaniya əleyhinə və erkənnikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Trend xəbərverir ki, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polispolkovniki Faiq Hüseynov narkotikin insanın immun sisteminə vədünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib.

Eləcə də erkən nikah mövzusuna da toxunan rəis, bu cür halınyaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə buproblemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı vəyüksək savada yiyələnmələri tövsiyə olunub.

Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilərverilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şəraitşagirdlərin diqqətinə çatdırılıb.

Sonda mövzular ətrafında məktəblilərin suallarıcavablandırılıb.

Polis
Polis
Polis
Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr