"Real Madrid" Premyer Liqada çıxış edən və böyük potensiala sahib olan 21 yaşlı yarımmüdafiəçi Adam Uortonun transferi ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun əsas skautu Cun Kalafat gənc futbolçunun oyun üslubunu bəyəndiyi üçün klub heyəti onun çıxışını yaxından izləmək məqsədilə İngiltərəyə ezam olunub.
"Kristal Pelas"ın istedadlı yarımmüdafiəçisi hazırda 70 milyon funt-sterlinq (təxminən 84,7 milyon avro) dəyərində qiymətləndirilir. Bildirilir ki, "Mançester Siti" də Uortonun xidmətində maraqlı olub, lakin futbolçunun aldığı zədə qış transfer pəncərəsində bu keçidin qarşısını alıb.
Real Madridin yay transfer dönəmində bu keçidi reallaşdırmaq üçün addımlar atacağı gözlənilir. Klubun Uorton üçün rəsmi təklif verib-verməyəcəyi isə yaxın aylarda bəlli olacaq.