AZ

Azərbaycanda ilk dəfə olaraq SPC dekor döşəmələri istehsal ediləcək

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində (İZİA)olan Ağdam Sənaye Parkının rezidenti “Mister Décor” MMC-nin SPCdekor döşəmələrin istehsalı müəssisəsinin inşası yekunlaşmaqüzrədir.

Bu barədə Trend-ə İZİA-nın mətbuat katibi Elçin Kazımov məlumatverib.

O bildirib ki, artıq tikinti işlərinin 80%-dən artıq hissəsibitib və görülən işlərə 4 milyon manata yaxın investisiyayatırılıb: "Ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcəkmüəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır.

İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərindaimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəlirejimdə təşkil olunacaq".

"SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsiumvə PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda,nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən,Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.

Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula plan təlabatödəniləcək", - deyə qurumun sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Mister Décor” MMC hazırda Ağdam Sənaye Parkındadivar kağızlarının istehsalı ilə məşğuldur.

Seçilən
82
6
az.trend.az

8Mənbələr