AZ

Azərbaycanda yerüstü suların mühafizəsi qaydaları hazırlanıb

Azərbaycanda yerüstü suların mühafizəsi üçün yeni formatda qaydalar hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin bu gün keçirdiyi mətbuat konfransında qurumun suların istifadəsi və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O bildirib ki, sənəd hazır olduqdan sonra təkcə balıqçılıqla bağlı su obyektlərinə atılan çirkləndirici maddələrin yol verilən həddi deyil, respublika üzrə su və su təsərrüfatı obyektlərinə atılan bilən tullantıların yol verilən həddi müəyyən ediləcək:

"Eyni zamanda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulub. Burda məqsəd Məcəllədə nəzərdə tutulan sanksiyaların artırılması deyil. Hazırda təsbit olunmamış, yalnız cəmiyyətin müəyyən fərdlərinin törətdiyi inzibati xətalar var. Bununla bağlı dünya təcrübəsini öyrənirik. Həmin əməllərin Məcəllədə təsbit olunması nəzərdə tutulur. Bununla bağlı ictimai dinləmə də keçiriləcək".

Seçilən
24
2
apa.az

6Mənbələr