AZ

MN xəbərdarlıq etdi: Partlayış səsləri olacaq

Martın 5-də saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.

Seçilən
104
22
sfera.az

10Mənbələr