AZ

Repo əməliyyatları xaric Bakı Fond Birjasının dövriyyəsi 2,7 dəfə azalıb

2025-ci ilin yanvar-fevral ayları ərzində (ilk 2 ayda) Bakı Fond Birjasında (BFB) əqdlərin cəmi həcmi 13 milyard 616 milyon 922 min manat təşkil edib.

Bu barədə Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında əqdlərin cəmi həcmi 5 milyard 303 miylon 733 min manat təşkil etmişdi. Beləliklə, Birjada əqdlərincəmi  həcmi cari ilin ilk 2 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. 

2025-ci ilin ilk 2 ayında BFB-də əməliyyatların cəmi həcminin 95%-ni və ya 12 milyard 940 milyon 827 min manatını repo əməliyyatları təşkil edib. 2024-cü ilin ilk 2 ayında Birjada əməliyyatların cəmi həcminin 65,5%-ni və ya 3 milyard 473 miylon 124 min manatını repo əməliyyatları təşkil etmişdi.

Repo xaric əməliyyatların cəmi həcmi 1 milyard 830 milyon 609 min manatdan 676 milyon 95 min manat düşüb (2,7 dəfə azalıb).

Seçilən
12
2
marja.az

3Mənbələr