AZ

"Neftçi" bu gün meydana çıxır

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

Gundem.az bildirir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda "Kəpəz"lə üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu 19 xalla 9-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası

III dövrə, XXV tur

4 mart

5 mart

17:00. "Kəpəz" - "Neftçi"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Asif Əliyev.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.

Seçilən
73
7
gundem.az

10Mənbələr