AZ

Avstraliya təhlükədə! Onlarla aviareys ləğv edildi

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Avstraliyaya yaxınlaşan "Alfred" siklonu onlarla aviauçuşun və avtobus səfərlərinin ləğv edilməsinə səbəb olub. 

Avstraliyanın Kvinslend ştatının hökumət başçısı Devid Krisafulli sakinləri öz evlərini qasırğa zərbəsinə hazırlamağa çağırıb. Qasırğanın cümə günü ştatın cənub-şərq sahillərinə çatacağı gözlənilir. Ştatda artıq külək hiss edildiyi, sabah leysanların başlanmasının gözlənildiyi, sel ehtimalı olduğu qeyd edilir.

Hürr Tərcüman

 

Seçilən
38
hurriyyet.az

1Mənbələr