AZ

Vərdişlər 21 gündə formalaşmır: Onları yaratmağın həqiqi yolları

Araşdırmalar göstərir ki, gündəlik davranışlarımızı formalaşdıran ən güclü amil vərdişlərdir. Onları effektiv şəkildə yaratmaq üçün bir neçə əsas strategiya mövcuddur.

Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, vərdişlər üçün 21 gün qaydasını unudun. 

Uzun illər boyunca bir vərdişin formalaşması üçün 21 gün lazım olduğu iddia edilsə də, 2024-cü ildə aparılan tədqiqatlar bunun fərdi olduğunu göstərir. Orta hesabla 66 gün tələb olunur, lakin bu müddət 18 gündən 254 günə qədər dəyişə bilər. Məsələn, idman zalına getmə vərdişi aylarla formalaşır, amma əlləri yumaq cəmi bir neçə həftəyə öyrənilir.

Məsələn, idmandan sonra özünüzə kiçik bir hədiyyə verin. Bu, beyninizdə müsbət assosiasiyalar yaradacaq və vərdişlərinizi gücləndirəcək.

Beynimiz fərqli fəaliyyətləri bir-birinə bağlamağa meyllidir. Məsələn, səhər meditasiya etməyi vərdiş halına salmaq istəyirsinizsə, bunu qəhvə içdikdən sonra edin. Zamanla bu iki hərəkət bir-birinə bağlanacaq və meditasiya təbii bir ehtiyaca çevriləcək.

Uzunmüddətli stres vərdişləri idarə edən beyin mexanizmlərini həddindən artıq aktivləşdirir və şüurlu qərarvermə proseslərini zəiflədir. Xoşbəxtlikdən, stres azaldıqdan sonra beyin təbii vəziyyətinə qayıdır. Araşdırmalara görə, stresdən uzaq 6 həftə keçirmək bu prosesi bərpa edə bilər.

Motivasiya həmişə yüksək olmur. Buna görə də, əvvəlcədən plan hazırlamaq lazımdır. Məsələn, əgər idman etməyə həvəsiniz yoxdursa, ən azı 5 dəqiqə hərəkət etməyə çalışın. Bu, zərərli vərdişlərə qayıtmağı önləyə bilər.

Seçilən
26
far.az

1Mənbələr