AZ

Çin ABŞ-la istənilən müharibəyə hazır olduğunu bəyan edib

Çin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində diqqət çəkən paylaşım edib. Rəsmi pekin Çinin ABŞ-la hər cür müharibəyə hazır olduğunu bəyan edib.


“İstər tarif müharibəsi, ticarət müharibəsi, istərsə də hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq”, - bəyanatda deyilir.


Nazirlik onu da aydınlaşdırıb ki, əgər ABŞ həqiqətən də fentanil problemini həll etmək istəyirsə, o zaman bununla bağlı düzgün qərar Pekinlə məsləhətləşmək olar.

Bundan əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirmişdi ki, Çin səlahiyyətliləri ABŞ-yə ticarət müharibəsinə başlamaq əvəzinə dialoqa üz tutmağı təklif ediblər.

Tural

Seçilən
16
news365.az

1Mənbələr