Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, aktrisanın anası dünyasını dəyişib.
“Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır”, - Səidə Quliyeva yenicag.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün aktrisanın 68 yaşı tamam olur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta