AZ

Mahsun Kırmızıgül həmkarının yasına çata bilmədi - SƏBƏB

Müğənni Mahsun Kırmızıgül ötən gün vəfat edən həmkarı Edip Akbayramın cənazəsinə qatıla bilməyib. 

Far.Az xəbər verir ki, sənətçi xarici ölkələrdən birində olduğu üçün mərasimdə iştirak edə bilməyib. 

"Təsəvvür edin ki, Hind okeanının ortasındayam və hava limanına getmək üçün təyyarə tapa bilmədim. Cəhd etdim ki, cənazəyə çatım, amma təəssüf ki, heç bir nəticə olmadı"  deyə, sənətçi qeyd edib. 

Xatırladaq ki, Edip Akbayram iki gün əvvəl vəfat edib. Ötən gün onunla vida mərasimi keçirilib. Məclisdən sonra ifaçı torpağa tapşırılıb. 

Seçilən
15
far.az

1Mənbələr