AZ

Kreml Ukrayna Prezidentinin danışıqlara hazır olmasını müsbət qiymətləndirir

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olmasını müsbət qiymətləndirir.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, eyni zamanda, Rusiya ilə danışıqlara indiki qadağa ilə bağlı bir nüansın olduğunu vurğulayıb. “Məsələ danışıqlar masasına kiminlə oturmaqdır. Hələlik Ukrayna Prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ümumilikdə, yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib”, -deyə D.Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü İranın nüvə problemi ilə bağlı sualı da cavablandırıb. D.Peskovun sözlərinə görə, Rusiya hesab edir ki, ABŞ və İranın problemləri müstəsna olaraq danışıqlar yolu ilə həll edilməlidir. O, Moskvanın İranın nüvə probleminin sülh yolu ilə həllini asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Rusiya İranın müttəfiqi və tərəfdaşıdır.

Seçilən
6
1
xezerxeber.az

2Mənbələr