AZ

"Arsenal" Çempionlar Liqası tarixində ilkə imza atıb

İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.

Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi bunu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub etməklə gerçəkləşdirib.

"Topçular" turnir tarixində pley-off matçında səfərdə yeddi qol vuran ilk komanda olub.

İstisna olaraq, 2020-ci ildə ÇL-də baş tutan "Barselona" - "Bavariya" oyunudur. Həmin vaxt Almaniya nəhəngi İspaniya təmsilçisini 8:2 hesabı ilə məğlub etsə də, bu görüş koronavirus pandemiyası səbəbindən neytral meydanda - Portuqaliyanın paytaxtı Lissabonda reallaşıb.

Qeyd edək ki, "Arsenal" və PSV arasında cavab görüşü martın 12-də baş tutacaq.

"Cebheinfo.az" 

Seçilən
16
4
cebheinfo.az

6Mənbələr