AZ

ABŞ Zelenskinin hakimiyyətdən getməsinə çalışacaq?

ABŞ

“ABŞ Ukraynaya təzyiq edir ki, Rusiya ilə atəşkəsə razılıq versin, bu məqsədlə Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etsin. Ukrayna prezidenti Vladimir Zelenski isə buna müqavimət göstərir. Bu ədalətli müqavimətə və son qalmaqala görə ABŞ hakimiyyətinin Zelenskinin hakimiyyətindən getməsinə çalışacağını güman etmirəm. Hətta cəhd edilsə belə, Zelenskinin bu yolla hakimiyyətdən uzaqlaşdırılmasını mümkün saymıram”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli ABŞ və Ukrayna prezidentləri arasında yaranmış qarşıdurmanı şərh edərkən deyib.

Q. Hüseynli əlavə edib ki, əslində Amerika çox şişirdilib:

“Donald Tramp xalqın iradəsi ilə prezident seçilən, demokratik yolla hakimiyyətə gələn və Ukraynanın işğalına qarşı müqavimətə rəhbərlik edən, ağır şərtlər altında müharibə aparan Ukrayna prezidenti Zelenskinin prezidentlikdən getməsini necə tələb edə bilər? Mən bunu mümkün saymıram. Əksinə, Zelenski hazırda ölkəsində müqavimətin simvolu kimi qəbul olunur. İradəsini ortaya qoyaraq millətini və ölkəsini müdafiə edir. Düzdür, indi ABŞ-da bəzi mənsəb sahibləri, bəzən konqresmentlər buna bənzər fikirlər səsləndirirlər. Amma unutmayaq ki, onlarla konqresmen də məhz ABŞ prezidenti Donald Tramın əleyhinə çıxırlar. Bu baxımdan düşünmürəm ki, ABŞ administrasiyası prezident Zelenskinin hakimiyyətdən getməsini tələb etsin və ya bunu həyata keçirmək məqsədilə addımlar atsın”.

E. KAMAL
Seçilən
19
reyting.az

1Mənbələr