05.03.2025-ci il tarixində saat 13:30 radələrində Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
"Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir",- deyə məlumatda qeyd edilib.
***
Xocavənd rayonunda hərbi sursat partlayıb.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.
Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət almışdır.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!