"Azercell Telecom" MMC 100, 101 və 110 seriyalı nömrələrin satışına start verir.
Mia.az-ın məlumatına əsasən, mart ayının 5-dən etibarən istifadəçilər 010 prefiksli yeni seriyalı nömrələri əldə edə bilərlər.
100 seriyalı nömrələri "Azercell"-in rəsmi onlayn satış portalı www.azercellim.com vasitəsilə əldə etmək mümkündür. Müştərilər mövcud seçimləri araşdıra və istədikləri nömrəni asanlıqla tapa bilərlər. Yaxın zamanda digər prefiks və seriyalı nömrələr də www.azercellim.com portalına əlavə ediləcək.
Daha ətraflı məlumat üçün rəsmi Azercell səhifəsinə daxil olun.