İngiltərənin “Lester Siti” komandası uğursuz gedişatın ardından baş məşqçi ilə bağlı qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mütəxəssis Rud van Nistelroy ilə yolları ayırmağı planlaşdırmır. Klub rəhbərliyi niderlandlı çalışdırıcıya güvənir.
Xatırladaq ki, “tülkülər” Nistelroyun rəhbərliyi altında keçirdiyi 16 oyunda 3 qələbə, 1 heç-heçə, 12 məğlubiyyət alıb.