AZ

“I Liqada oynasam da, Santuşdan dəvət gözləyirəm”

Azərbaycan milli komandası mart ayında təlim-məşq toplanışına start verəcək. Baş məşqçi Fernandu Santuş mütəmadi olaraq Premyer Liqa ilə yanaşı I, II Liqaları da diqqətdə saxlayır. Təcrübəli mütəxəssisin bu səfərki toplanışa fərqli  adları dəvət edəcəyi ehtimalı edilir.

Xüsusən də I Lqadan bir neçə oyunçunun adı gündəmdədi. Onlardan biri də “İmişli”də çıxış edən İdris İnqilablıdır.

Vaxtı ilə “Sabah” və “Kəpəz”də forma geyinən 23 yaşlı futbolçu  Santuşdan dəvət alacağına ümid edir:

“Millidə oynamağı kim istəməz? Bütün yerli oyunçuların arzusu yığmaya dəvət almaqdır. I Liqada oynasam da, Santuşdan dəvət gözləyirəm. Ümid edirəm ki, mənim də adım siyahıda olar. Hazırkı formam pis deyil. Millidə də oynaya bilərəm”.

İdmanxeber.az

Seçilən
33
idmanxeber.az

1Mənbələr