AZ

“Azərbaycan məhəlləsi”ndə 1323 mənzilin inşası bitdi - Video

Qəhrəmanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə bildirilib.

Qeyd olunub ki, buradakı binalar digər yaşayış binalarından fərqlənir:

"Diqqət çəkən başqa bir məqam isə odur ki, binalar çox hündür tikilməyib. Buna səbəb ərazinin seysmik zonada olmasıdır. Məhəllədə hazır yaşayış binaları olmaqla yanaşı, hazırda tikintisi davam edən binalar da var. Ərazidə təmir-tikinti işləri davam edir, burada Azərbaycan tərəfindən məktəb də tikilib. Məktəb Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. "Azərbaycan məhəllləsi" 1 milyon 800 min kv metri əhatə edir. Məhəllədə iaşə və ticarət obyektləri də fəaliyyət göstərəcək".

Seçilən
49
6
axar.az

9Mənbələr