AZ

Ünvanlı dövlət sosial yardımı nədir?

Aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir. Bu yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə təyin edilir.

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, burada ehtiyac meyarı dedikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd başa düşülür.

Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər ünvanlı dövlət sosial yardımı məqsədləri üçün ailə kimi qəbul edilir.

Sosial yardımın əsas prinsipləri aşağıdakılardır:

- ünvanlılıq;

- ədalətlilik;

- bərabərlik.

Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərin toplusu sosial yardım hesablanarkən ailə gəlirləri kimi nəzərə alınır.

Seçilən
100
2
fed.az

3Mənbələr