AZ

Flik: “Benfika” ilə ehtiyatlı olmalıyıq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/8 finalının səfərdə “Benfika” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az alman mütəxəssisin oyunöncəsi mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Bu mərhələdə asan oyunlar olmur. Düşünürəm ki, bizə, bu rəqiblə ehtiyatlı olmaq gərəkdir. “Benfika” – əla komandadır. Biz yerli pərəstikşarların qonaqlara təzyiq göstərdiyi əla stadionda oynayacağıq. Düşünürəm ki, bizim favorit olub-olmadığımızı birmənalı surətdə söyləmək olmaz. Oyun həmişə 0:0 hesabından başlayır. Oyuna həmişə bütünlüklə can qoymaq gərəkdir”, deyə Hansi Flik vurğulayıb.

Hakim “Benfika” – “Barselona” oyununun başlanğıc fitini martın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da səsləndirəcək.

Əlavə edək ki, “Benfika” Çempionlar Liqasının hələ Liqa mərhələsinin 7-ci turunda “Barselona” ilə Lissabonda qarşılaşıb. Bu oyunda “qartallar” hesabı açsalar da, oyunun gedişində iki dəfə iki top fərqi ilə – 3:1, 4:2 hesablı üstünlüklər saxlasalar da, “blauqrana” geri-dönüş etməyi bacarmış, 90+6-cı dəqiqədə vurduğu qolla isə 5:4 hesablı möhtəşəm qələbə qazanmışdı.

Seçilən
38
arena.az

1Mənbələr