AZ

Rus ordusu Sujinin tam mühasirəsindən 10 km-dən az məsafədədir

Rus əsgərlərinin Kursk vilayətinin Suji şəhərini tamamilə ələ keçirməsinə çox az vaxt qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı Rusiya Silahlı Qüvvələrinin 810-cu briqadasının dənizçilərinə istinadən yazıb.

Hərbçilərin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin daimi atəşə tutulması və Rusiya ordusunun bir hissəsini Sumı vilayətinə aparan 38k-004 magistral yolunu atəşə nəzarət altında saxlaması səbəbindən sursat əldə etməkdə problemlər yaranmağa başlayıb.

Hazırda Rusiya Silahlı Qüvvələri Malaya Lokna, Novaya Soroçin, Staraya kəndi, həmçinin Quevo və Maxnovka ərazilərində döyüşür.

Seçilən
30
operativmm.az

1Mənbələr