AZ

Dövlət Məşğulluq Agentliyi Laçında AZAL-la birgə əmək yarmarkası keçirəcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.

Seçilən
8
11
aznews.az

10Mənbələr