AZ

Qızıl Aypara Cəmiyyəti Pedaqoji Universitetdə qanvermə aksiyası keçirib

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əməkdaşlar və tələbələr arasında qanvermə aksiyası keçirilib. Aksiya Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və cəmiyyətin ADPU bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. AzQAC-ın fəaliyyətə başlamasının 105 illiyi və cəmiyyətin ADPU bölməsinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə keçirilən aksiyada iştirak edənlər xeyriyyə məqsədilə qan veriblər. Onlara Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, bukletlər paylanılıb.

Qeyd edək ki, martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 105 illiyi tamam olur.

Seçilən
12
1
azertag.az

2Mənbələr