AZ

Çinin Vaşinqtondakı səfiri: Çin ABŞ ilə istənilən müharibəyə hazırdır

Çin ABŞ ilə istənilən münaqişədə “sona qədər mübarizə aparmağa” hazırdır.

Bu barədə Çinin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Diplomatik missiyanın X sosial şəbəkəsində (keçmiş Twitter) hesabında deyilir: "Əgər müharibə ABŞ-nin istədiyi şeydirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq".

Çin səfirliyi onu da qeyd edib ki, ABŞ fentanil problemini həll etmək istəyirsə, Vaşinqtonun edəcəyi düzgün şey Pekinlə bərabərhüquqlu məsləhətləşmələr olacaq.

Seçilən
11
aznews.az

1Mənbələr