1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bu gün Türkiyə ilə Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.