AZ

Pakistanda güclü partlayış olub- ÖLƏNLƏR VAR

Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu şəhərindəki hərbi obyektdə baş verən terror aktı nəticəsində ölənlərin sayı 18-ə qalxıb. Bunlardan 13-ü mülki şəxs, 5-i isə hərbçidir.
Bolgə.tv xəbər verir ki, bu barədə “Röyters” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, martın 4-də terrorçu-kamikadzelər partlayıcı yüklənmiş iki avtomobillə Bannu şəhərindəki hərbi bazaya hücum ediblər. Hücum on nəfərdən çox yaraqlı tərəfindən təşkil edilib.
Çoxsaylı partlayışlar kompleksin xarici divarının qismən uçmasına və yaxınlıqdakı infrastrukturun zədələnməsinə səbəb olub. Yaxınlıqda yerləşən məscid və yaşayış evinə də böyük ziyan dəyib.
Əks-hücum zamanı öldürülən 16 yaraqlı arasında dörd terrorçu-kamikadze olub
Seçilən
26
6
bolge.tv

8Mənbələr