Bakı, TurkicWorld
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İqdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.
TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.