AZ

Qanunsuz ticarət obyektləri sökülür



Qazaxıstanın Almatı şəhərində qanunsuz qeyri-stasionar pərakəndə ticarət obyektləri sökülür.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, söküntü işləri Almatı şəhəri icra başçısının tapşırığına əsasən aparılır.

2025-ci il fevralın 4-dən Sahibkarlıq və İnvestisiyalar Departamenti işçi qrupu ilə birlikdə küçə ticarət obyektlərinin sökülməsinə başlayıb. Bu günə kimi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 300-dən çox stasionar qeyri-qanuni ticarət obyekti sökülüb.

Bu işlər çərçivəsində 222 oyun avtomatı (silomer) yığışdırılıb. Həmçinin şəhər ərazisində torpaq sahələrində yerləşən 32 əsas tikinti obyekti müəyyən edilib.

Mehman Mehdiyev
Seçilən
62
newscenter.az

1Mənbələr