AZ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul edilib

Bakı. Trend:

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya MəhkəməsiPlenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,iclasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49,91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərhedilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevinməruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nərimanov RayonMəhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini,Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Hüquqi Ekspertizavə Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssismülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquqfakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquqelmləri doktoru professor A.Qasımovun rəyini və iş materiallarınıaraşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının15-ci və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası MülkiMəcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə dəAzərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cühissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetməorqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterliolmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsədə, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosialhüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi iləfaktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasındaəmək müqaviləsi rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi vəAzərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-cihissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çoxtərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqişəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hərhansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icraorqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarlarəsmiləşdirilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanvə ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsiredilə bilməz.

Seçilən
40
11
az.trend.az

10Mənbələr