Türkiyə Super Liqasında çıxış edən "Sivasspor" yeni baş məşqçisini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Rza Çalımbay gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis iki fərqli dönəmdə ümumilikdə 7.5 il Sivas təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında komanda Türkiyə kubokunu qazanıb və iki dəfə Avropa Liqasına, bir dəfə də Konfrans Liqasına yollanıb.
Qeyd edək ki, Çalımbayın son iş yeri "Hatayspor" olub.