AZ

NATO müasir dron döyüşlərinə hazır deyil

NATO

NATO-nun silahlı qüvvələri müasir dron döyüşlərinə hazır deyil. Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski “Reuters” agentliyinə müsahibəsində deyib.

Reyting.az
-ın məlumatına görə, V. Suxarevski bildirib ki, Ukrayna süni intellektdən istifadə etməklə, daha çox yerüstü pilotsuz təyyarələr yerləşdirməklə və Rusiya pilotsuz uçan aparatlarını (PUA) vurmaq üçün lazerləri sınaqdan keçirməklə rəqibini qabaqlamağa çalışır.

“Şahedi” vuran raket hazırlamaq neçəyə başa gəlir? Bəs ona atəş açmaq üçün gəmi, təyyarə və hava hücumundan müdafiə sistemini yerləşdirmək üçün nə qədər vəsait lazımdır?", - deyə Suxarevski sual verib.

“Reuters” yazır ki, pilotsuz təyyarələrlə hava hücumundan müdafiə raketləri arasında qiymət fərqi sonuncunun istifadəsini son dərəcə qeyri-iqtisadi edir.

“İndi hətta Ukrayna Silahlı Qüvvələrinin baş komandanı deyir ki, hədəflərin 60 faizdən çoxu pilotsuz təyyarələr tərəfindən məhv edilir”, - Suxarevski bildirib: “Yeganə sual ondan ibarətdir ki, onlardan istifadə taktikası və buna əsaslanaraq, texnoloji aspekt necə inkişaf edəcək”.

Polkovnikin sözlərinə görə, onun bölmələri hazırda 70 kilometrə qədər məsafədə iki FPV dronunu daşıya bilən ana PUA-dan istifadə edir. O, həmçinin qeyd edib ki, Ukraynada cəbhə xəttində minlərlə pilotsuz yerüstü maşın fəaliyyət göstərir, yəni təhlükəli bölgələrə göndərilmək üçün daha az əsgər lazımdır.

Suxarevski etiraf edib ki, Ukrayna hücum dron bölmələrinin adətən pilotsuz təyyarələrə ayrı-ayrılıqda verilən sursata olan ehtiyaclarını tam ödəyə biləcək vəziyyətdə deyil.

Polkovnik həm də qeyd edib ki, əgər pilotsuz təyyarələr olmasaydı, işlər daha da pis olardı.

E. KAMAL
Seçilən
38
reyting.az

1Mənbələr