AZ

Uşağını sanitar qovşaqda öldürmək istəyən ANA: "Çimizdirmək istəyirdim"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Quba Rayon Mərkəzi Xəstəxanasında 34 yaşlı qadının sanitar qovşaqda yeni doğulmuş körpəsini öldürməyə cəhd etməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma davam edir.
Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, ananın öz uşağını öldürmək istəməsini xəstəxananın tibb personalından bir əməkdaş iddia edib.
Həmin əməkdaşın sözlərinə görə o, sanitar qovşağa daxil olanda, ananın sanitar qovşaqdakı şlanqla körpəsini öldürmək istədiyini görüb. Ana isə öz ifadəsində əksini deyir. Bildirir ki, həmin şlanqla uşağı çimizdirmək istəyib.
Tərəflərin ifadələrinə və digər təfərrüatlara hüquqi qiymət araşdırmaların sonunda veriləcək.
Onu da qeyd edək ki, yeni doğulmuş uşağın vəziyyəti stabildir.
Seçilən
130
2
oxu.az

10Mənbələr