Gəncədə 15 yaşadək güləşçilər arasında ilk dəfə keçirilən Azərbaycan çempionatı sona çatmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə idmançılar mübarizəyə qoşulublar. Gərgin və maraqlı keçən yarışda 5 çəki dərəcəsində - 38, 44, 52, 62 və 75 kq-da medalçılar müəyyənləşib.
Martın 3-də Gəncə İdman Sarayında start götürən çempionatın ilk 2 günündə ölkənin ən güclü sərbəst güləşçiləri məlum olmuşdu. Yarışa sabah yekun vurulacaq.
38 kq
1. Hüseyn Əmrahlı (UGİM-2)
2. Xudayar Kərimov (Yevlax, UGİM-2)
3. Kamil Məmmədli (UGİM-2), Məhəmməd Musalı (Masallı)
44 kq
1. Ömər Salmanov (MOİK)
2. Amin Məmmədov (UGİM-5)
3. Əli Həsənli (Sumqayıt, Təhsil), Sadiq Rəcəbov (Şirvan, “Neftçi”)
52 kq
1.Hüseyn Mustafazadə (ROİL, “Neftçi”)
2.Hüseyn Məmmədov (Sumqayıt, “Zenit”)
3.Raul Məmmədzadə (ROİL, “Neftçi”), Əfşan Cəfərov (Yevlax)
62 kq
1. Nadir Həsənov (UGİM-5)
2. Nihad Əbilzadə (Sumqayıt, Təhsil)
3. Tunar Misirxanov (AHİTA), Zahir Yusifov (Sumqayıt, “Zenit”)
75 kq
1. Ruslan Nuriyev (Sumqayıt, Təhsil)
2. İsfahan Həsənov (ROİL, “Neftçi”)
3. Zəka Yusubov (Lənkəran), Yaşar Məmmədov (MOİK)