AZ

Alpaqutun beynəlxalq arenada tanınması istiqamətində daha bir addım



Türkiyə Çanaqqala millət vəkili İbrahim Köşdere və Türkiyə İstanbul Universitetinin rektoru, professor Osman Bülent Zülfikar ilə Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvləri arasında görüş olub.

Newscenter.az xəbər verir ki, bu barədə Dünya Alpaqut Federasiyasının pezidenti Jalə Əhmədova məlumat verib. Bildirib ki, səmimi və məhsuldar bir formatda baş tutan görüş, Alpaqutun beynəlxalq arenada tanınması və inkişafı baxımından mühüm bir addım oldu:

"Qədim döyüş sənətimizə göstərilən maraq və verilən dəyər, mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün böyük bir motivasiyadır".

Süleyman
Seçilən
29
newscenter.az

1Mənbələr