AZ

Təyyarələrin modernizə etmək üçün 5 milyard dollar xərclənəcək

“Emirates” aviakompaniyası yeni tədarüklər ərəfəsində mövcud təyyarələrin, o cümlədən ikigöyərtəli “Airbus A380” və geniş gövdəli “Boeing 777” laynerlərinin modernizə edilməsi və təkmilləşdirilməsi üçün təxminən 5 milyard dollar xərcləməyi planlaşdırır.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin prezidenti Tim Klark bildirib. Onun sözlərinə görə, “Boeing” korporasiyasının son təyyarə modeli hələlik sertifikatlaşmadan keçmədiyi üçün “Emirates” cari ildə hər hansı bir yeni 777X tədarükünü gözləmir.

“Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviadaşıyıcısı “Airbus A350-1000” təyyarəsinə diqqət yetirsə də, sifariş verməzdən öncə modelə quraşdırılan mühərriklərin etibarlılığının sübutunu görmək istəyir”, - deyə Tim Klark vurğulayıb.

Seçilən
9
2
avtosfer.az

3Mənbələr