Vaşinqton administrasiyası martın 5-də Kanada və Meksika məhsullarına rüsumların azaldılmasını elan edə bilər.
Bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik məlumat verib.
“ABŞ Prezidenti Donald Tramp güzəştlərin edilməsi imkanlarını nəzərdən keçirir”, – o qeyd edib.
Nazirin sözlərinə görə, güzəştlər artıq martın 5-də elan oluna bilər və bu, ilk növbədə avtomobillərə aid olacaq.
“Tariflər 25 % olacaq, lakin bəzi kateqoriyalar istisna təşkil edəcək. Bunlar avtomobillər və ya başqa şeylər ola bilər”, – Latnik söyləyib.
O, potensial istisnaları Trampın birinci dövründə müzakirə edilən ABŞ-Meksika-Kanada Ticarət Müqaviləsi (USMCA) ilə əlaqələndirib. Bununla belə, nazir əlavə edib ki, Mexiko və Ottava sərhədləri vasitəsilə ABŞ-yə narkotik qaçaqmalçılığını dayandırmaq üçün daha çox çalışmalıdır.