AZ

Abşeronda 70 yaşlı kişi sirkə turşusu içib özünü öldürdü

Abşeronda intihar hadisəsi olub.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində baş verib.

70 yaşlı M. Əhmədov martın 3-də axşam saatlarında yaşadığı evdə sirkə turşusu içib. O, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin burada görülən tədbirlərə baxmayaraq, martın 4-də səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
39
olke.az

1Mənbələr