AZ

Yaponiya ən dəhşətli meşə yanğını ilə mübarizə aparır

Yaponiya son yarım əsrin ən dəhşətli meşə yanğını ilə mübarizəni davam etdirir. Bir həftə əvvəl başlayan yanğın şimaldakı Ofunato şəhərində təxminən 2900 hektar ərazini əhatə edib və 4000-ə yaxın insan evlərini tərk etməyə məcbur olub. Yanğın nəticəsində 1 nəfər ölüb, 84 binaya ziyan dəyib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Yanğına həddindən artıq quraqlığın səbəb olduğu bildirilir. 

Yapon meteoroloqları yaxın günlərdə yağış və qar yağacağını proqnozlaşdırırlar ki, bu da yanğının öhdəsindən gəlməyə kömək edə bilər.

270-ə yaxın insan müvəqqəti sığınacaq tapıb, çadırlar qurulub, su və qida təchizatı təşkil edilib.

Yanğının söndürülməsinə Tokiodan olan qruplar da daxil olmaqla 2000-ə yaxın yanğınsöndürən cəlb olunub. 

Bununla belə, mübarizə çətin relyefə görə daha da çətinləşir.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
34
demokrat.az

1Mənbələr